Küsdüm insanlardan küsdüm əbədi…(şer)

Namərddi amma mərd gəzəndi insan
İlantək bəzəyə bəzəndi insan
Yetimi daima əzəndir insan
Qoşa verməyəcək kasıbın nərdi
Küsdüm insanlardan küsdüm əbədi

Pul ilə imanın satıbdı çoxu
Günahı haramla qatıbdı şoxu
Filin qulağinda yatıbdı çoxu
Bilməyir günbə gün çoxalir dərdi
Küsdüm insanlardan küsdüm əbədi

Sevgiyçün əkilən gülü də yoxdur
Acıdır şirin bir dili də yoxdur
Kasıba əl tutan əli də yoxdur
Küsdüm insanlardan küsdüm əbədi

Hər masqa altında şeytanlar gördüm
Haramla imarət quranlar gördüm
Yaxşı yox daima yamanlar gördüm
Küsdüm insanlardan küsdüm əbədi

Mərdlər göz yaşını heç silməyəcək?
Qemgin simalarda heç gülməyəcək
İnsanlar belədir düzəlməyəcək
Küsdüm insanlardan küsdüm əbədi.

nagizade tərəfindən Uncategorized kateqoriyasında dərc edildi Etiketləndi

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma