M.Ə.Rəsulzadə haqqında (oxumağa dəyər)

528834_422941481117291_586498672_nMəhəmməd Əmin Rəsulzadə haqqında marağlı məlumatlar çox oxumuşam. Onun Azərbaycanı necə sevdiyi haqqında hətta can verdiyi anda 3 dəfə Azərbaycan deməsni məncə hər kəs oxuyub və bilir. Bu yaxınlarda isə sosial şəbəkələrdən birində belə bir yazı oxudum və bu yazı məni şoka saldı… Jurnalistlərdən biri qeyd edir

“Mən bir müddət əvvəl Türkiyədə səfərdə idim. Türkiyədə səfərdə olarkən Ankarada yerləşən Əsri məzarlığını ziyarət etdim. Bu məzarlığı ziyarət etməkdə məqsədim Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin qəbrinə baş çəkmək idi. M.Ə.Rəsulzadənin məzarı üstə bir müddət dayandım. Bu vaxtı məzarlığa nəzarət edən bir yaşlı kişi mənə yaxınlaşdı və soruşdu ki, bu şəxs kimdir. Mən öz növbəmdə Rəsulzadənin kimliyi barədə gözətçiyə məlumat verdim. Gözətçi mənə bir hadisəni danışdı. O söylədi ki, bir müddət əvvəl gecə məzarlıqda növbə çəkirdim. Qış ayları idi gecə hardasa 00:00 da məzarlardan birindən səs gəldiyini eşitdim. Səs gələn tərəfə getdim, gəlib gördüm ki, bu məzardan səs gəlir. Gedib namaz qıldım.” Həmən jurnalist bildirir ki, həmən günün nə vaxta təsadüf etdiyini yoxladıq bu təxmini 1990-cı ilin 19 yanvar tarixindən 20-ə keçən gecə baş verdiyini gördük.

Bəli M.Ə.Rəsulzadə nəinki Azərbaycan Demokratik Respublikasının banisi yanaşı həmçinin Azərbaycanı dəlilər kimi sevən liderlərdən biri idi.

Bu gün şərqdə ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. Düşünürəm ki, özünü azərbaycanlı sayan hər bir kəs Rəsulzadəyə minnətdar olmalıdır ki, bizə bu cür şərəfli bir tarix bəxş edib. Azərbaycan var olduqca, Rəsulzadə də var olacaq

Advertisements
nagizade tərəfindən Uncategorized kateqoriyasında dərc edildi

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma