“Səssiz gəmidə, xarici qonaq”, ” Hafizsiz qalmiş səs”

14759_658803294149273_840356391_nArtıq Azərbaycanda keçirilən seçkilərdən 3 gün keçir. 3 gün keçməsinə baxmayaraq  bəziləri deyir seçkidə saxtakarlıq oldu bəziləri isə deyir şəffaf keçdi.  Çox maraqlıdır ki, nə üçün səsvermədə aşkarlanan qanun pozuntuları ilə bağlı heç kim bir kəlmə də fikir bildirmədi…

Qayıdaq seçkidən öncəki təşviqat kopmaniyasına. 10 namizəd olmasına baxmayaraq 9 namizəd aktiv yadda qaldı. Ən aktivlərindən olan Hafiz Haciyevin adını çəkmək istərdim. Hafiz bəy deyilənə görə müxalifətçidir. Amma o kişi də mən müxalifətçilik bir şey görmədim.

Müxalifətdən əlavə guya o siyasətçidir. Əgər o siyasətçidirsə Nelson Mandela, Silvio Berluskoni  və s. şəxslərə siyasətçi demək günah olardı. Bu insana balıq Hafiz deyirdilər lakin mən ona komedyançı deyərdim. Çünki Hafiz bəy çıxış etdikdən sonra sosial şəbəkələrdə onun haqqında ciddi bir söz deyən olmadı və hər kəs onunla zarafat edirdi… Lider idarəçi deməkdir. Bir insan ki,  əsəblərini cilovlaya bilmirsə ondan nəinki lider heç satıcı da olmaz.  Hafiz Hacıyev tele-debat vaxtı bir söz işlətdi

“Dəyərli xalqım nə qədər ki mən varam, Kərimli Əli, Qəmbərli İsa, Həsənli Cəmil kimi insanlar hakimiyyətə gələ bilməz. LazIm gələrsə canımı da verməyə hazıram. Açın kar qulağınızı eşidin…” Mənə çox marağlı gəldi ki, Hafiz Hacıyev kimi təhqir etdi. Bu sözü Cəmil Həsənlinin seçicilərinə aid etdisə onlar bu xalqın nümayəndələri deyillərmi ? Xalqın nümayəndəsini təhqir etmək  düzgün deyil!!!

Ən marağlısıda bu idi ki, Hafiz bəy özü müxalifət partiyasının nümayəndəsi olsa belə Cəmil Həsənli nə deyirdi ona cavab verirdi. Sanki Hafiz Hacıyev  xalqa öz platformasını açıqlamağa deyildə kimlərinsə fikrini Cəmil Həsənliyə çatdırmağa gəlmişdi.

Qayıdaq seçkilərə. Bir çox beynəlxalq təşkilatlar seçkiləri müsbət dəyərləndirdilərsə də, bəziləri isə seçkiləri düzgün saymadılar. ATƏT-in ilkin açıqlaması iqtidar tərəfindən narazıçılıqla qarşılansa da müxalifət cəbhəsi tərəfdən müsabət qarşılandı…. ATƏT-in açıqlamasını nə müsbət nə də mənfi dəyərləndirmirəm. Çünki, nə ATƏT, nə AP nə də ki, digər beynəlxalq təşkilatlar bu xalqın xeyrinə heç bir iş görən deyil. Bu xalq, bu millət özü öz gününə ağlamadığca heç kimdən kömək yoxudr. 20 ildən çoxdu beynəlxalq təşkilatların çaldığı hava ilə oynuyuruq . Heç bir irəliləyiş də yoxdur.Musiqi dəyişsə də ritm dəyişmir.

Bu haqda aktiv-gənclərdən olan Tural İsmayılovun fikrini istərdim qeyd edim: “Qarabağ hanı?. Iqtidar sevinirki Avropa parlamenti seçkidən razı qaldı, radikal müxalifət də sevinir ki ATƏT seçkini tənqid edir.. Qərbin siyasi-iqtisadi mənfəətlərinə qulluq edən bu təşkilatlarin rəyi kimə lazım? Niyə 20 ildir torpağlarımızı işğal edərək beynəlxalq hüquqları tapdalayan Ermənistana və Rusiyaya güc gələ bilmirlər? Bu təşkilatlarla əməkdasliq lazimdir?, amma onlarin rəyi sadecə ‘hava qazidir’.

Məncə oturub bir daha düşünmək lazımdır. Xalqın birləşməsi indiki vəziyyətdə önəmlidir. Çünki hər bir şey xalqın əlindədir..

nagizade tərəfindən Uncategorized kateqoriyasında dərc edildi

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma