“Reklam üçün oruc tutmaq” “Əxlaqımızı dəfn etdiyimiz Avropa”…

10412006_848041081892159_7695602502138086564_n
Çoxdandır belə bir post yazmaq istəyirdim, amma nədənsə çəkinirdim… Çox insan məni başa düşməyəcək və ATEİST adlandıracaq. Mən nə ATEİST, nə də DEİSTƏM. Müsəlmanam, amma necə müsəlman? Müsəlman o demək deyil ki, sən kəlmeyi şəhadətini bildin, Allahını və Peyğəmbərləri tanıdın bununlada sən müsəlman oldun. Xeyr, müsəlman namazını qılan, bütün çirkinliklərdən, pisliklərdən uzaq qaçan, Allahın buyurduğu qaydalara əməl edən insandır. 11 ay kefimi çəkirəm, 1 ay hamının gözünə yaxşı görünmək üçün və reklam üçün oruc tuturam. Bu gün nədənsə dindən anlayışı olanlar da, olmayanlar da İslamdan danışır. İslamı savadı olmayanların dinlə bağlı fikir yürütməsi doğru deyil. Araşdırsaq, dinimiz haqqında da çox şey bilmirik. Sosial-şəbəkələrdə din haqqında danışmaqdansa, gedib dini kitab oxuyub məlumat əldə etsək daha yaxşı olmazmı?
 

İnsan heyvandan fərqli yaradıldı. Allah insana ağıl və şüur verdi. Heyvana şüursuz deyirik, amma bəzi insanlara baxırıq heyvan ondan ağıllıdır. Mürdar saydığımız bir iti götürək. İt heç bir zaman ona yemək və ev verən sahibinə qarşı hürməz. Ömrü boyu sahibinə sadiq qalar. Bəzi insanlara nə qədər yaxşılıq edirsən et, lazımı anda sənə təpik atacaqlar və etdiyin bütün yaxşılıqları bir anda unudacaqlar. Belə çıxır ki, insanlığın da nə olduğunu öyrənə bilməmişik. Dedik avropalaşırıq, amma deyəsən avropalaşdığımız üçün insanlığımızı şərqdə qoyduq…. Avropalaşırıq deyəndə, nədənsə müasirləşəcəyimizi düşünürük. Amma müasirlik şalvarimizin balağını daraltmaqla, qulağımıza sırğa taxmaqla, hicaba yox deməklə, yubkaları qısaltmağla, uzun sözün qısası soyunmaqla olmur. Sırğa taxmaq qəbahət deyil, sadecə hər şey normasında qalsa, daha gözəl olardı. Avropalaşırıq dediyimiz gündən təhsilimizi unutmuşuq. Başımız oxumağa, amma mahnı oxumağa qarışıb. Məncə təhsilmizə üstünlük versək, təhsilmizin inkişafına dəstək göstərsək, daha yaxşı olardı. Avropadan hər şeyi götürürük pis, yaxşı, amma kitab oxumaq mədəniyyətini hələ də götürə bilməmişik. Uzağa getmək istəmirəm, qonşu Gürcüstanın paytaxtı Tiflis şəhərindəki kitab evlərinin sayı Azərbaycandakı kitab evlərinin sayından çoxdur. Bizdə isə günü gündən çayxanaların sayı artır. Bu gün yetişən gənclikdən soruşsaq, ən son nə zaman kitab oxumusan? Bizə dəqiq cavab verə bilməyəcək. Əgər təhsilisizliklə Avropaya gediriksə, ehtiyac yoxdur. Bu gün Azərbaycanın Dövlət siyasəti, Azərbaycanı Neft sektorundan qeyri-neft sektorunun inkişafına aparmaqdır. Mən düşünürəm ki, bunun üçün təhsilmizin inkişafı önəmli məsələdir. Təhsilimizin inkişafı, turizmin, iqtisadiyyatın və s. sahələrin inkişafı deməkdir. Günümüzün 1 saatını kitab oxumağa həsr etsək, daha gözəl olar. Sonda mərhum şairimiz Baba Pünhanın şeirindən iki beyt yazmaq istərdim Gedib Avropada əxlaqımızı dəfn elədik.
Gedib Avropada əxlaqımızı dəfn elədik,
İndi statusumuz şəkkü filansız bilinir.
Çıxginən gəzməyə bir yay günü “Tarqovli”yə sən,
Burda əttövbə müsəlmanla fransız bilinir.
Yığışır hamı bu torpağa qiyamət gününə,
Olacaq sorğu-sual, Pünhan, amansız bilinr.
nagizade tərəfindən Uncategorized kateqoriyasında dərc edildi

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma